Premyer Liqanı tərk edən klub baş məşqçisi ilə vidalaşdı

İngiltərədə növbəti baş məşqçi istefası gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqanı tərk edən "Suonsi Siti" Karlos Karvalhalla yolları ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqaviləsi başa çatan portuqaliyalı mütəxəssislə davam etməmək barədə qərar qəbul edilib.

Qeyd edək ki, Karvahal "Suonsi Sİti"yə yanvar ayında baş məşqçi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında mövsümü 18-ci sırada bitirib və növbəti mövsüm Çempionşipdə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right