"Bu transfer baş tutsa, "Barselona"nı özündən çıxaracaq" İnyesta

Andres Inyesta İspaniya mətbuatına açıqlama verib.

 

Newsport.az xəbər verir ki, "Barselona"dan ayrılacaq 34 yaşlı yarımmüdafiəçi gələcək karyerası haqda danışıb:

 

"Karyeramı Yaponiya və ya Çində davam etdirəcəm. Növbəti həftə yeni komandamın adını açıqlayacam. 2-3 il də oynamaq fikrim var. Vücudum icazə verənə qədər davam edəcəm".

 

Təcrübəli futbolçu Çempionlar Liqasının 1/4 finalında "Roma"ya uduzduqları oyunu xatırlayıb:

 

"Roma"ya uduzduğumuz matç karyeramın yəqin ki, ən pis anlarından biri idi. Gözləmirdik. Hamımız üçün güclü zərbə oldu. Mübarizəni dayandırmağı heç ağlımıza gətirmirdik".

 

İnyesta adı "Mançester Siti" ilə hallanan Serxio Busketsin "Barselona"da qalmalı olduğunu bildirib:

 

"Busketsin komandadan ayrılması böyük səhv olar. Onun boşluğunu doldurmaq çətin olacaq".

 

İspaniyalı futbolçu Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu söyləyib:

 

"Messi inanılmaz futbolçudur. Onu kimi futbolçu yoxdur. "Qızıl top" futbolun bir parçasıdır, amma hər şey demək deyil".

 

İnyesta "Barselona"nın sabiq futbolçusu Neymarın adının "Real"la hallanması haqda da danışıb:

 

"Neymar "Real"a çox şey verə bilər, çünki dünyanın ən yaxşı futbolçularından biridir. Ancaq bu transfer baş tutsa, "Barselona"nı özündən çıxaracaq".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right