Sabiq "Neftçi"li Portuqaliya klubunda

Portuqaliya Premyer Liqasında mübarizə aparan "Braqa" cari mövsüm Almaniya Bundesliqa təmsilçisi "Ştutqart" klubunda çıxış edən Ailton Silvanı heyətinə qatıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Portuqaliya klubunun saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi "Braqa"da 1 illik icarə əsasında çıxış edəcək. Sol cinah müdafiəçisi satın alma şərtiylə icarəyə götürülüb.

Qeyd edək ki, Ailton 2015/16 mövsümündə icarə əsasında "Neftçi"də çıxış edib. Braziliyalı futbolçu paytaxt klubunda 36 oyun keçirmişdi və 3 qol vurmuşdu. Cinah müdafiəçisi "Ştutqart"da 5 oyun keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right