Final oyunundan sonra müqavilə bağlayacaq

"Liverpul"un Türkiyə əsilli Almaniyalı ulduzu Əmrə Canın gələcəyi bəlli olmaq üzrədir.

Newsport.az-ın məlumatına görə, müqaviləsi mövsümün sonnunda başa çatacaq 24 yaşlı futbolçu "Yuventus"a azad agent statusu ilə transfer olacaq. Lakin bu keçid Çempionlar Liqasının finalından sonra açıqlanacaq. Turin təmsilçisi yarımmüdafiəçiyə illik 5 milyon avro məvacib verəcək.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2014-cü ildə "Bayer"dən (Leverkuzen) "Liverpul"a 12 milyon avroya transfer olmuşdu. Can bu mövsüm 37 oyuna 6 qol vurub, 5 assist edib. Hazırda zədəli olan futbolçu ÇL-in finalında "Real"la görüşü buraxacaq. Əmrə dünya çempionatında Almaniya millisinə də kömək etməyəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right