"Bir neçə maraqlı təklif almışam, gələn həftəyədək gözləyin" Canluici Buffon

"Yuventus"un qapıçısı Canluici Buffon A Seriyasının son turunda "Verona" ilə oyundan sonra klubu ilə vidalaşacaq. 

Newsport.az-ın məlumatına görə, bu barədə 40 yaşlı qolkiperin özü keçirdiyi mətbuat konfransında açıqlama verib.

O gözəl səyahətinin yekununa yetişdiyini bildirib: "Bu səyahət boyunca həqiqətən də qayğıma qalan insanlarla birgə olmaq xoşbəxtliyi mənə nəsib oldu. Bunu hər gün hiss etdim və onların sevgisi üzündən var gücümlə mübarizə apardım".  

Buffon hələlik karyerası ilə bağlı qərar vermədiyini də əlavə edib: "Mənim üçün "Yuventus" böyük ailədir və ailənin bir hissəsi olmaq böyük şərəfdir.

Bir neçə maraqlı təklif almışam. Lakin gələn həftəyədək gözləyin. Karyeramı davam etdirsəm, bu, böyük hədəflərə can atmağım demək olacaq".  

"Yuventus" "Verona" ilə mayın 19-da evdə üz-üzə gələcək. Canluici Buffonun karyerasını İngiltərə "Liverpul"unda davam etdirəcəyi bildirilir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right