“Qalatasaray” Prandelliyə 7 milyon avro təzminat ödəyəcək

“Qalatasaray” keçmiş baş məşqçisi Çezare Prandelliyə külli miqdarda təzminat verməli olacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Xəbərdə “Qalatasaray”ın 2014/15 mövsümündə komandanı 16 rəsmi oyuna çıxaran, daha sonra isə istefaya göndərilən italyan mütəxəssisə 7 milyon avro məbləğində təzminat verməli olduğu qeyd edilib.

Belə ki, klubdan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edən 60 yaşlı mütəxəssisin tələbinə müsbət cavab verilib. CAS-ın qərarına əsasən, “cim-bom” sabiq baş məşqçisinə 7 milyon avro ödəməli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right