“Yuventus”un hücumçusu Mario Mancukiç “Beşiktaş”da?

“Beşiktaş” iki xorvat futbolçunun xidmətində maraqlıdı.

Newsport.az-ın məlumatına görə, “qara qartallar” “Şaxtyor”un müdafiəçisi Dario Srna və “Yuventus”un hücumçusu Mario Mancukiçi mövsümlərarası fasilədə heyətinə cəlb etmək istəyir.

“Beşiktaş” rəhbərliyi artıq bu istiqamətdə çalışmalara başlayıb. Klub prezidenti Fikret Orman Mancukiçlə bağlı “Yuventus”la danışıqlar aparmaq üçün İtaliyaya gedib.

Türkiyə mətbuatında yer alan məlumata görə, Ormanın Turin təmsilçisinin rəsmiləri ilə görüşü səmərəli keçib. Hazırda “Beşiktaş”da top qovan xorvat müdafiəçi Domaqoy Vida isə Srna ilə görüşərək, yemək yeyib.

İstanbul təmsilçisinin Vida vasitəsilə avqusta kimi dopinq cəzası olan sol cinah müdafiəçisini razı salmaq istədiyi deyilir. 36 yaşlı futbolçu türklərə “hə” desə, ondan Mancukiçin transferində də vasitəçi kimi istifadə ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right