Dünya çempionatına aparılmayan futbolçu yığma karyerasını başa vurdu

Almaniya millisinin dünya çempionatına aparılacaq heyətinə daxil edilməyən Sandro Vaqner yığma karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, millinin baş məşqçisi Yoahim Lövün "Bavariya"nın forvardı Sandro Vaqneri kənarda saxlayaraq "Frayburq"un hücumçusu Nils Peterseni yığmaya dəvət etməsi futbolçunu əsbiləşdirib. Vaqner bu qərara "Bavariya"nın məşqi zamanı dözməyərək ağlamaışdı. Daha sonra isə 30 yaşlı futbolçu milli komandadan getdiyini bəyan edib:

"Millidən gedirəm. Görünən odur ki, millinin məşqçilərini qane etmirəm. Onların oyununa uyğun gəlmirəm və bunu açıq deyirəm. Komandaya dünya çempionatında uğutlar arzu edirəm və inanıram ki, qalib olacaqlar. Mən isə öz sevimli komandam - "Bavariya"dayam".

Qeyd edək ki, Vaqner millidə 8 oyuna 5 qol vurub. O qollardan birini milli komandamızın qapısından keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right