Qvardiola: "Bir-iki transfer edəcəyik"

Premyer Liqanı çempion kimi başa vuran "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis ötən yay transferlərə 300 milyon avro xərcləyən "şəhərlilər"in bir neçə futbolçunu alacağını açıqlayıb:

"Bir-iki transfer edəcəyik. Çox oyunçu almyacağıq. İrəli xəttə bir futbolçu almağı düşünürük. Rəhbərliklə danışacağıq. Hər yay transfer üçün 300 milyon xərcləmək olmaz".

Qeyd edək ki, "Mançester Siti"nin "Lester Siti"dən Riyad Mahrezi transfer edəcəyi gözlənilir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz