Ərtoğrul Sağlam "Kayserispor"da

Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisini "Traktor Sazi"nin baş məşqçisi Ərtuğrul Sağlam çalışdıracaq. 48 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Onun bu gün Kayseriyə gedəcəyi bildirilir.

Ə.Sağlam bu vəzifədə dünən istefaya göndərilən Marius Şumudiçanı əvəz edəcək. 

Qeyd edək ki, türkiyəli mütəxəssis yanvar ayından "Traktor Sazi"yə rəhbərlik edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right