Pedro Enrike yenidən icarəyə verilir

Cari mövsümü icarə əsasında "Qarabağ"da keçirən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK-a dönüb.

Newsport.az-ın məlumatına görə, Yunanıstan klubu braziliyalı vingeri yenidən icarəyə verməyi düşünür. Çempionlar Liqasında mübarizə aparacaq Saloniki təmsilçisi daha səviyyəli futbolçuları transfer etməklə turnirdə uğurlu çıxış etməyi hədəfləyir. Pedro komadanın baş məşqçisi Razvan Luçeskunun gələcək planlarına daxil olmadığı üçün klubdan ayrılacaq. Onun başqa kluba icarəyə veriləcəyi gözlənilir.

27 yaşlı futbolçu "Qarabağ"da çıxdığı 26 matçda 6 qola imza atıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right