Mançini: "Pirlo və Balotelliyə dəvət göndərəcəm"

İtaliya millisinin yeni baş məşqçisi Roberto Mançini açıqlama verib.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis 2014-cü ildən sonra yığmaya dəvət almayan Mario Balotellyə şans verəcəyini deyib:

"İtaliyada çoxlu istedadlı futbolçular var. Mario Balotelli ilə söhbət edəcəm və uzun müddət sonra milliyə onu dəvət edəcəm. İstifadə edə biləcəyimiz çox futbolçu var"

53 yaşlı çalışdırıcı Andrea Pirloya məşqçilər korpusunda yer alması üçün dəvət göndərəcəyini bildirib:

"Pirlo ilə görüşəcəm və düşüncələri ilə tanış olacam. Texniki heyətdə ona da yer vermək istəyirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right