"Real"ın futbolçusu dünya çempionatından imtina etdi

Portuqaliya millisinin müdafiəçisi Fabio Koentrau yığma ilə birlikdə dünya çempionatında iştirak etməyəcəyini bəyan edib.

Newsport.az-ın məlumatına görə, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat yayıb. 30 yaşlı sol cinah müdafiəçisi yaxşı formada olmadığını əsas gətirib və belə addım atıb. O, komandaya kənarda dəstək olacağını deyib.

Qeyd edək ki, müqavilə ilə Madrid "Real"ına məxsus olan futbolçu "Sportinq"də icarə əsasında çıxış edirdi. Koentraunun Lissabon təmsilçisi ilə müqaviləsi başa çatıb və o, "kral klubu"na geri dönəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right