Millimizin üzvünün komandası baş məşqçisi ilə vidalaşdı

Türkiyə Super Liqasında baş məşqçi istefası reallaşıb.

Newsport.az-ın məlumatına görə, "Gənclərbirliyi" Ümit Ozatla qarşılıqlı razılaşma əsasında yolları ayırıb. Bu barədə klubun prezidenti Murad Cavcav məlumat verib.

Qeyd edək ki, Ankara təmsilçisinin mövsümün bitməsinə bir tur qalmış Super Liqanı tərk etməsi dəqiqləşib. Belə ki, aktivində 30 xal olan "Gənclərbirliyi turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, milli komandamızın üzvü Dəniz Yılmaz "Gənclərbirliyi"nin şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right