Araz Abdullayev "Anortosis"dən ayrıldı

Millimizin yarımmüdafiəçisi Araz Abdullayev Kiprin "Anortosis" klubundan ayrılıb.

Newsport.az xəbər verir ki, Famaqusta təmsilçisi icarə müddəti başa çatan futbolçuya görə onun müqavilə ilə məxsus olduğu "Qəbələ"yə müraciət etməyəcək. Abdullayev "qırmızı-qaralar"a geri dönəcək.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi "Anortosis"də 29 oyuna 3 qol vurub. "Anortosis" isə mövsümü 3-cü pillədə tamamlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right