Ancelotti "Napoli"ni çalışdıracaq?

Karlo Ançelottini özünə yeni iş yeri axtarır. 

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı "Napoli" ilə danışıqlara başlayıb. Belə ki, Mauritsio Sarri neapolluları tərk etsə, onun əvəzinə Ançelotti komandanın sükanı arxasına keçə bilər. Sarrinin taleyinə isə mövsümün son turundan sonra aydınlıq gələcək.

Qeyd edək ki, 58 yaşlı Ançelotti karyerası ərzində "Parma", "Yuventus", "Milan", "Çelsi", PSJ və "Bavariya" kimi klublarda çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right