“Slaviya”dan Muradovsuz növbəti məğlubiyyət

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi bu dəfə doğma meydanda “Dinamo Çeske” ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Rövlan bu görüşün iştirakçısı olmayıb. Zədəli olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.

“Slaviya” hazırda 9 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right