Mourinyonun "sağ əli" gedir 17 illik yolun sonu

Joze Mourinyonun "Mançester Yunayted"də məşqçilər heyətində yer alan Rui Foria mövsüm başa çatan kimi komandadan ayrılacağını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 2002-ci ildən Mourinyonun "sağ əli" olan mütəxəssis məşqçilik etməyəcəyini bildirib. Faria açıqlamasında unudulmaz 17 il keçirdiyini və bundan sonra ailəsi ilə birgə vaxt keçirmək istədiyini söyləyib.

42 yaşlı portuqaliyalı mütəxəssis "Portu", "Çelsi", "İnter", "Real" və "Mançester Yunayted" klublarında Joze Mourinyonun köməkçisi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right