"O, tərbiyəsiz futbolçudu" Roman Vaydenfeller

Dortmund “Borussiya”sının qapıçısı Roman Vaydenfeller sabiq komanda yoldaşı Usman Dembeleni tənqid edib.

Newsport.az-ın məlumatına görə, gənc yarımmüdafiəçinin “Barselona”ya qalmaqallı keçidini şərh edən qolkiper onu xəyanətkar adlandırıb:

“Belə getmək olmaz. Usman komandada xoş olmayan atmosfer yaratdı və heç kim onu sakitləşdirə bilmədi. Futbol tennis deyil. Bu, komanda idman növüdür. Dembele heç öz butslarını da özü ilə götürmədi. Bu, xəyanətdir. Belə bir şeyin olacağını gözləmirdim”.

Vaydenfeller Dembelenin tərbiyəsiz hərəkət etdiyini bildirib: “Dembele məhz “Borussiya”da “Barselona”nın istədiyi futbolçu oldu. O, buna görə minnətdarlığını bildirmək əvəzinə komanda yoldaşlarını atıb getdi. Belə etmirlər. Dembele tərbiyəsiz futbolçudur. Başa düşürəm, böyük komandaya keçid çox vaxt belə olur. Amma hər kəsə uyğun bir həll yolu tapmaq lazım idi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right