"Fənərbaxça"dan ayrılacaq futbolçular müəyyənləşdi

Yeni mövsümdə Türkiyənin "Fənərbaxça" klubunda ciddi dəyişikliklər olacaq.

Newsport.az-ın məlumatına görə, komanda qapıçısı Volkan Dəmirəllə iki illik müqavilə imzalayacaq. Lakin bir çox futbolçuya qapı göstəriləcək. Qapıçı Karlos Kameni, Matye Valbuena, Maurisio İsla, Luiş Netu, Vinsent Yanssenlə yollar ayrılacaq. Keçmiş komandası Stiven Cerrardın baş məşqçisi olduğu "Reyncers"dən təklif alan Martin Şkrtel də İstanbul klubundan gedəcək. Yerli futbolçulardan Ozan Tufan klubdan ayrılacaq.

"Zenit"dən icarəyə götürülən Julianonun birdəfəlik transferi üçün qarşı tərəfə müraciət olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right