Milli komanda üçün klubdan ayrıldı

"Zenit" baş məşqçisi Roberto Mançini ilə yolları ayırdı.

Newsport.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı şəkildə ləğv edilib. İtaliyalı mütəxəssis Rusiya klubundan təzminat tələb etməyəcək. Mançininin yeni iş yeri isə İtaliya milli komandası olacaq.

Qeyd edək ki, təcrübəli çalışdırıcı ötən ildən "Zenit"də işləyirdi. Sankt-Peterburq təmsilçisi onun rəhbərliyi altında mövsümü 5-ci pillədə başa vurub.

Mançini ilk dəfə milli komanda çalışdıracaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right