Məhəmməd Salaha növbəti mükafat

"Liverpul"da cari mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, azarkeşlər arasında keçirilən sorğuya əsasən, Məhəmməd Salah bu ada layiq görülüb.

25 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 35 oyuna 31 qol vurub, 9 assist edib. Salah Çempionlar Liqasında "Liverpul"un finala qədər irəliləməsində böyük rol oynayıb. Misirli futbolçu ÇL-də 12 oyuna 10 qol vurub və 4 dəfə də məhsuldar ötürmə edib. İngiltərə Federasiya kubokunda 1 oyun keçirən Salah 1 qol vurub.

Qeyd edək ki, Məhəmməd Salah Premyer Liqada da mövsümün ən yaxşı futbolçusu seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right