Millimizin rəqibində yeni baş məşqçi

Latviya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın Latviya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə Miksu Pataleyne təyin edilib. Finlandiyalı mütəxəssislə UEFA Millətlər Liqasının qrup oyunlarının sonuna qədər müqavilə imzalanıb. Əgər komanda öz qrupunda birinci yer tutsa, 51 yaşlı çalışdırıcı ilə müqavilənin müddəti Avro-2020-nin seçmə mərhələsinin sonuna kimi uzadılacaq.

Qeyd edək ki, Latviya yığması iyunun 9-da Riqadakı "Dauqava" stadionunda millimizlə yoldaşlıq oyunu keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right