Bir mövsümə Premyer Liqada ən çox vuran komanda

Premyer Liqada çempionluğu ötən həftə elan edən "Mançester Siti" dünən "Briqton"u 3:1 hesabı ilə yenib.

Newsport.az-ın məlumatına görə, "şəhərlilər"in heyətində Danilo, Bernardo Silva və Fernandinyo fərqlənib.

Qonaqların təsəlli qoluna isə Leonardo Ulloa imza atıb. "Mançester Siti" vurduğu qolların sayını 105-ə çatdırıb.

Pep Qvardiolanın yetirmələri bununla bir mövsüm ərzində Premyer Liqada ən çox vuran komanda olub. Bundan əvvəlki rekorda 2009/10 mövsümündə "Çelsi" imza atmışdı - 103 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right