Arda Turana tarixi cəza: 16 oyunluq diskvalifikasiya edildi!

"Başakşəhər"in futbolçusu Arda Turan Türkiyə Fubol Federasiyası tərəfindən sərt şəkildə cəzalanıb.

Newsport.az-ın məlumatına görə, Super Liqanın 32-ci turunda "Sivasspor"la oyunda qırmızı vərəqə alan və hakimlərə kəskin etiraz edən Arda Turanın cəzası bəlli olub. Hakimlər briqadasının üzərinə şığıyan futbolçu 16 oyunluq cəzalandırılıb. Bundan əlavə, 31 yaşlı yarımmüdafiçi 30 min lirə də cərimə edilib. "Başakşəhər"in digər futbolçusu Mossoro isə 4 oyunluq cəzalanıb.

Qeyd edək ki, Arda Turan "Başakşəhər"də icarə əsasında çıxış edir. O, müqavilə ilə "Barselona"ya məxsusdur. Sözləşmənin başa çatmasına isə 1 il qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right