Neymarın atası transfer üçün faəliyyətə başlad

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın ulduzu Neymarın satılmayacağını söyləsə də, iddialar bunun əksini göstərir.

Newsport.az-ın məlumatına görə, Fransa mətbuatında yer alan məlumatlara görə hücumçunun atası və agenti Neymar Senior transfer üçün hərəkətə keçib. Məlumata görə, Senior oğlunun "Barselona"dan PSJ-yə keçməsində kömək edən israilli agent Pini Zahivi ilə əlaqə saxlayıb və Neymarın Paris klubundan ayrılmaq istədiyini söyləyib. Braziliyalı futbolçunun isə "Real"a transfer olacağı gözlənilir.

PSJ 26 yaşlı futbolçuya 500 milyon avro qiymət qoyub. Madrid təmsilçisi isə bu qiyməti aşağı salaraq keçidi həll etmək istəyir. Bunun üçün "kral klubu" Qaret Beyllə Kərim Benzemadan da istifadə edə bilər.

Qeyd edək ki, Neymar ötən yay 222 milyon avroya "Barselona"dan PSJ-yə keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right