Portqulaliya klubunun hücumçusu "Neftçi" yolunda

«Neftçi»nin Tbilisi «Dinamo»unun yarımmüdafiəçisi Nika Camalidze ilə maraqlandığını dünən oxucularımızın diqqətinə çatdırmışdıq. 

Gürcüstan klubunun üzvü «ağ-qaralar»ın hədəfində olan yeganə futbolçu deyil. siyahı kifayət qədər genişdi və gündən-günə böyüyür. Artıq bura daha bir ad əlavə olunub. 

Newsport.az-ın məlumatına görə, bakılılar Fabio Abreu ilə ilkin anlaşma əldə edib.

25 yaşlı hücumçu portuqaliyalıdı və ölkəsinin II liqasında forma geyinir. O, bu mövsüm Sequndada 35 matça çıxıb və 12 qol vurub. «Maritumu»nun yetirməsinin «Penafiel» ilə müqaviləsi gələn ay başa çatacaq.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right