Mourinyo: "Poqbanın ayrılığını istəmirəm"

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Pol Poqbanın komandadan ayrılacağı ilə yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, pportuqaliyalı çalışdırıcı 25 yaşlı yarımmüdafiəçinin komandadan ayrılmasını istəmədiyini deyib:

"Buna əmin ola bilərsiniz ki Poqbanın ayrılığını istəmirəm. Onu satmaq fikrimiz yoxdur. Gələn mövsüm də bizimlə olacağını düşünürəm. Mən belə hiss edirəm".

Qeyd edək ki, Poqba 2016-cı ildə 105 milyon avroya "Yuventus"dan "Mançester Yunayted"də keçmişdi. Fransa millisinin üzvüylə "Milan"la PSJ-nin maraqlandığı iddia edilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right