"Çelsi" işini düyünə saldı, "Haddersfild" Premyer Liqada qaldı

İngiltərə Premyer Liqasında 31 və 35-ci turdan təxirə salınmış görüşlər keçirilir.

Newsport.az-ın məlumatına görə, "Çelsi" doğma meydanında "Haddersfild"lə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Bu hesabdan sonra "Çelsi" 70 xalla 5-ci pillədə qərarlaşıb. London klubu xal itkisi ilə 4-cü pillədəki "Liverpul"a çatmaqdan məhrum olub. "Qırmızılar" 72 xalla 4-cü pillədə qərarlaşıb. Bu xal itkisiylə "zadəganlar" Çempionlar Liqasına yollanmaq şanslarını minimuma salıb. "Haddersfild" isə qazandığı 1 xalla Premyer Liqada yerini qoruyub.

“Çelsi” – “Haddersfild” - 1:1

Qollar: Markos Alonso, 62 - Loran Depuatr, 50

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right