Castin Klayvert "Ayaks"dan ayrılır?

"Ayaks"ın idarə heyətinin sədri Edvin Van Der Saar Avropanın önəmli klublarının radarına düşən Castin Klayvertlə bağlı açıqlama verib.

Newsport.az xəbər verir ki, sabiq qolkiper futbolçunun agenti Mino Rayolanın Klayverti klubdan ayrılmağa məcbur etdiyini deyib. Hollandiya millisinin və "Mançester Yunayted"in sabiq üzvü 19 yaşlı futbolçunu komandada çətin saxlayacaqlarını deyib:

"Təxminən 10 aydır ki, Castinlə yeni müqavilə imzalamaq üçün görüşürük. Onu komandada saxlamaq çətin olacaq. Agenti Mino Rayola onu komandadan ayırmaq üçün hər yola əl atır. Bu, utancverici vəziyyətdir. Biz gənc futbolçuları komandada müəyyən vaxta kimi saxlamaq istəyirik".

Bir çox futbolçuların transferində külli miqdarda pul qazanan məşhur agent Mino Rayola bu dəfə Castin Klayvertin keçidinə göz dikib. Şeytanla müqayisə olunacaq qədər hiyləgər xarakteri olan italiyalı agent gənc vingeri "Barselona", "Çelsi", "Real" və "Mançester Yunayted" klublarından birinə transfer etməyi düşünür. 

Qeyd edək ki, Hollandiya millisinin üzvü olan Klayvert bu mövsüm "Ayaks" forması ilə 36 oyundan sonra 11 qola imza atıb. Castin məşhur hollandiyalı futbolçu Patrik Klayvertin oğludur.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right