Ueyn Runi ABŞ klubuna keçir

"Everton"un hücumçusu Ueyn Runi də MLS-ə yollanmağa yaxındı.

Newsport.az-ın məlumatına görə, ingilis futbolçu "DC Yunayted"lə danışıqlara başlayıb. "Everton"la müqaviləsinin bitməsinə hələ bir il qalsa da, futbolçu Amerikaya getmək niyətindədi. 

Onun klubdan ayrılmasına əsas səbəb kimi baş məşqçi Sam Ellerdaysla arasında olan problemlər göstərilir. Runini "Everton"a Ronald Kuman gətirmişdi. Amma sonradan Kuman komandadan ayrıldı. 

Futbolçunun təklif aldığını təsdiqləyən Ellerdays: "Ueynin ölkə xaricində başqa bir kluba gedəcəyi ilə bağlı söz-söhbətlər var. Amma o hazırda "Everton"un futbolçusu və pərəstişkarıdı" sözlərini sözyləyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right