"Milli karyeramı hələ bitirməmişəm, qayıtmağı arzulayıram” İker Kasilyas

“Portu”nun qapıçısı İker Kasilyas İspaniya yığmasına qayıtmaq istəyir.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı qolkiper ölkəsinin mətbuatına müsahibəsində DÇ-2018-də İspaniya yığmasında yer almaq istədiyini deyib:

“DÇ-2018-də yer alıb-almayacağımı bilmirəm. Ancaq milli karyeramı bitirməmişəm. Baş məşqçinin digər oyunçulara şans verməsini başa düşürəm. Lakin İspaniya millisinə qayıtmağı arzulayıram”.

Kasilyas yığmada sonuncu dəfə 2015-ci il oktyabrın 9-da, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Lüksemburqla ev oyununda (4:0) meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right