Fatih Terimə 9 milyon lirə təzminat ödənəcək

Türkiyəli məşqçi Fatih Terim ötən ilin 26 iyununda milli komandadan qovulduğu üçün Türkiyə Futbol Federasiyasını məhkəməyə vermişdi.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis federasiyadan bir illik maaşı olan 12 milyon 950 min lirəni (3,5 milyon avro) təzminat olaraq tələb edirdi.

Bu gün keçirilən məhkəmə prosesi Terimin lehinə nəticələnib. Belə ki, məhkəmənin qərarına əsasən ona 9 milyon 324 min lirə və əlavə olaraq faizləri də ödənəcək.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right