Rəqiblərimizin oyununda Slovakiya sevindi

2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə ilk turun oyunlarına yekun vurulub. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan U-19 yığmasının yer aldığı A qrupunda ilk turun ikinci oyununda meydan sahibləri Uelslə qarşılaşıb. Matç Slovakiyanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

İlk turda Macarıstana 0:1 hesabı ilə uduzan Azərbaycan millisi sabah qrupdaki ikinci görüşündə Uelslə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right