"Bavariya" fransalı ulduzu ilə yeni müqavilə imzaladı

"Bavariya" Frank Riberi ilə mövsümün sonunda bitəcək müqavilənin müddətini daha bir il artırıb. 

Newsport.az-ın məlumatına görə, yeni sazişə əsasən, 35 yaşlı yarımmüdafiəçi 2019-cu ilin iyun ayına kimi Almaniya təmsilçisində çıxış edəcək.

Riberi 2007-ci ildən "Bavariya"nın şərəfini qoruyur. Fransalı futbolçu bu müddət ərzində Münhen təmsilçisi ilə 8 dəfə Almaniya çempionu olub. Təcrübəli oyunçu həmçinin Çempionlar Liqası və UEFA Superkubokunun da qalibi olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right