Araz üçün 45 dəqiqə

Kipr çempionatında 35-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda Nikosiya “Omoniya”sı ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Araz start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

Qeyd edək ki, geridə qalan turlarda 69 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right