Millimizin üzvünün çıxış etdiyi komanda 2-ci liqaya düşdü

Türkiyə TFF 1-ci Liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” son matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Ümraniyyəspor”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 3:3.

Ufuk mövsümün son matçının da iştirakçısı olmayıb. Uzun müddət idi zədədən əziyyət çəkən millimizin üzvü məhz oynamayacağı üçün bu görüşdən öncə komanda yoldaşları ilə vidalaşaraq ailəsinin yanına, Almaniyaya yollanmışdı. Onun Samsun klubundan birdəfəlik ayrıldığı bildirilir.

“Samsunspor” mövsümü 36 xalla 18 klub arasında 16-cı pillədə başa vurub. Nəticədə, TFF 1-ci liqanı tərk edən sonuncu klub da məhz futbolçumuzun komandası olub.

Xatırladaq ki, daha öncə “Manisaspor” və “Qaziantepspor” da TFF 2-ci liqaya düşmüşdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right