Aleks Ferqyuson əməliyyat olundu

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Ser Aleks Ferqyuson əməliyyat edilib.

Newsport.az xəbər verir ki, 76 yaşlı mütəxəssisin beyninə qan sızıb və o, xəstəxanaya çatdırılıb. “Mançester Yunayted” klubunun yaydığı məlumata görə, əməliyyat uğurlu keçib, lakin şotlandiyalı mütəxəssis bir müddət reanimasiyada saxlanılacaq.

Xatırladaq ki, Ferqyuson 1986-2013-cü illər aralığında “Mançester Yunayted”in baş məşqçisi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right