"Qarabağ" qələbə qazandı

Avstriyanın Şərq Regional Liqasında 31-ci turun oyunları baş tutub. 

Newsport.az xəbər verir ki, həmyerlilərimiz Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin çıxış etdiyi Vyana “Qarabağ”ı doğma meydanda “Ebraysdorf”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana çıxıb və sonadək oynayıblar.

Qeyd edək ki, “Qarabağ” hazırda 50 xalla 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right