Məhəmməd Salahdan alqışalayiq hərəkət!

"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah oyunu ilə yanaşı, yaşıl meydanlardan kənardakı hərəkətləri ilə alqış toplamağa davam edir. 

Newsport.az-ın məlumatına görə, 25 yaşlı hücumçu növbəti alqışalayiq hərəkətini doğulub boya-başa çatdığı Misirin Naqriq vilayətində edib.  Belə ki, o, susuzluqdan vilayət üçün böyük su anbarı inşa etdirməyə qərar verib. 

Salah anbar üçün nəzərdə tutulan əraziyə görə 350 min avro ödəyib.  

Qeyd edək ki, Salah bundan öncə Naqriqdə məktəb və xəstəxanalar inşa etdirib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right