Azərbaycanlı hakim Serbiya-İspaniya oyununa təyinat aldı

Azərbaycanlı hakim Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində təyinat aldığı ikinci oyun müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, FİFA referisinin köməkçisi D qrupunun Serbiya-İspaniya oyununda yan xətt hakimi olacaq. 

Qarşılaşmanın baş hakimi isə rumıniyalı Horatio Fesnik olacaq. Serbiya-İspaniya matçı mayın 6-ı Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

R.Məmmədov həmçinin bu gün baş tutacaq Portuqaliya-Norveç oyununda da yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Avropa çempionatının final mərhələsi mayın 20-dək İngiltərədə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right