"Roman Qriqorçuk yeni müqaviləyə ilkin razılıq verib" Prezindetdən açıqlama

"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Latviya millisini çalışdırmaqdan imtina edib.

Newsport.az saytının məlumatına görə, Latviya Futbol Federasiyasının prezidenti Kaspar Qorkş bu barədə açıqlamasında söyləyib. Qurum rəhbəri bildirib ki, ukraynalı mütəxəssis "Qəbələ"dən yeni müqavilə təklifi aldığı üçün belə qərar verib:

"Roman Qriqorçukla ötən gün danışdım. Hazırda ona çalışdırdığı klubdan yeni təklif var. O, bu təklifə ilkin olaraq razılıq verib. Əgər Qriqorçukla "Qəbələ" arasında razılıq əldə olunmasa, biz yenidən danışıqlara hazırıq. May ayının sonunda bu məsələ qətiləşəcək. Ancaq bizim də vaxtımız tükənir".

Qeyd edək ki, Qriqruçukun müqaviləsi mövsümün sonunda başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right