Məşhur türkiyəli futbolçu karyerasını başa vurur

“Rubin”in türk futbolçusu Gökdəniz Qaradəniz mövsümün sonunda karyerasını başa vuracaq.

Newsport.az saytının məlumatına görə, 38 yaşlı futbolçu bununla bağlı keçirdiyi mətbuat konfransında açıqlayıb. Gökdəniz Qaradənizin  61 nömrəli forması əbədiləşdiriləcək.

Hücumçu Kazan klubunda 2 dəfə Rusiya çempionluğunu, Rusiya kubokunu və 2 dəfə də Super kubokunu qazanıb.

Gökdəniz “Rubin”in heyətində 299 oyun keçirib, 52 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right