Fransa millisində itki mundialı buraxacaq

"Arsenal"ın kapitanı Loran Koselni Avropa Liqasının yarımfinal mərhələsinin "Atletiko" ilə cavab oyununda zədələnib.

Newsport.az-ın xəbərinə görə, matçın 12-ci dəqiqəsində zədə alan fransalı müdafiəçi meydanı xərəklə tərk edib.

"Sky Sport" əzəli yırtığı aşkarlanan futbolçunun 6 ay meydana çıxa bilməyəcəyini yazıb. Bu isə o deməkdir ki, Fransa millisinin üzvü yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm "Arsenal"ınn heyətində 33 oyuna çıxıb və 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right