Aşağı liqaya düşdü, növbəti mövsüm üçün planlar qurmağa başladı

Mövsümün sonuna 3 tur qalmış aşağı liqaya düşməsi rəsmiləşən “Deportivo” növbəti mövsüm üçün planlar qurmağa başlayıb.

Newsport.az-ın məlumatına görə, növbəti mövsümdə Sequndada mübarizə aparacaq La Korunya təmsilçisi heyətini qoruyub saxlamağı planlaşdırır.

Bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Xəbərdə “Depor”un başqa klublardan təkliflər almasına baxmayaraq, əsas heyət üzvləri Fede Kartabia, Pedro Moskera, Əmrə Çolak, Fabian Şar və Luizinyo kimi futbolçuları komandada saxlamaq fikrində olduğu qeyd edilib.

Futbolçuların da kluba sadiqlik nümayiş etdirərək qalmaq istədikləri vurğulanıb. Komandada icarə əsasında çıxış edən Federiko Valverde, Zakariya Bakkali, Lukas Peres və Adrian Alvares isə klublarına geri dönəcək.

“Deportivo”nun baş məşqçisi Klarens Zeedorfun taleyinə isə yeni idman direktoru seçildikdən sonra aydınlıq gələcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right