FİFA baş məşqçini futboldan uzaqlaşdırdı

FİFA Salvador yığmasının sabiq baş məşqçisi Roman Maradiqoya cəza kəsib. 

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis korrupsiyada ittiham olunduğu üçün iki il müddətinə futboldan kənarlaşdırılıb. Belə ki. DÇ-2018-in seçmə mərhələsi zamanı Kanada matçından əvvəl 2 rəqib futbolçu Salvador yığmasına pul müqabilində uduzmağı təklif edib. Bundan xəbəri olan Maradiqo isə FİFA-ya xəbər verməyib. 

Məşqçi FİFA-nın etika qaydalarını pozmaqda günahkar bilinib. O, 20 min isveçrə frankı cərimə də ödəməli olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right