Əmrə Mor ikinci dəfə komandadan uzaqlaşdırıldı

Türkiyə millisinin futbolçusu Əmrə Morun "Selta"da işləri qaydasında getmir. Viqoluların baş məşqçisi Xuan Karlos Unsue bu mövsüm gənc vingeri ikinci dəfə komandadan uzaqlaşdırıb.

Newsport.az-ın məlumatına görə, buna Əmrənin həmişə olduğu kimi, intizamsızlığı səbəb olub. Mor məşq zamanı məşqçinin tapşırıqlarını yerinə yetirməyib və epizodların birində komanda yoldaşına qarşı çox sərt oynayıb. Bu səbəbdən də Xuan Karlos türkiyəli futbolçunu əsas komandadan qovub.

20 yaşlı futbolçu bir müddət öncə yatıb qalaraq məşqə gec gəlmişdi. Mütəxəssis onu əsas komandadan uzaqlaşdırsa da, futbolçunun üzr istəməsindən sonra heyətə qaytarmışdı.

Qeyd edək ki, Əmrə Mor bu mövsüm La Liqada 23 oyuna 1 qol, 3 assistlik performans sərgiləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right