Vyana “Qarabağ”ı 3 xalı 4 qolla qazandı

Avstriyanın Şərq Regional Liqasında 30-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı da səfərdə “Vyana Sportklub”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 4:2.

Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana və sonadək oynayıblar. Bədəlov sarı vərəqə ilə də cəzalanıb.

“Qarabağ” hazırda 47 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right