"Qurban Qurbanov futbolçuların hər addımına nəzarət edir" - Ndlovu

"Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu adı Ağdam klubu ilə hallanan Cənubi Afrikanın "Mamelodi Sandaunz" klubunun futbolçusu Xama Billiata məsləhət verib.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı oyunçu Qurbanovun nizam-intizama önəm verdiyini və Billiatın götür-qoy etməli olduğunu deyib:

"Billiat əgər "Qarabağ"a keçməyi düşünürsə, 100 yox, 1000 faiz futbol haqda düşünməlidir. Onun həyatı futbol olmalıdır, digər şeylər ikinci olacaq. Baş məşqçi Qurban Qurbanov diktator kimidir (gülür). Gecə həyatınından zövq alan, diskotekada əylənən futbolçuları xoşlamır. Bunu bilsə, sizdən soruşacaq: "Dünən gecə harda olmusan?". Ona sizin cavab keçərli olmayacaq. Çünki o, futbolçulara yaxşı nəzarət edir və şəhərdən məlumatlıdır, nəzarəti güclüdür. Qurbanov futbola bağlı adam olduğu üçün oyunçulardan bunu tələb edir. O, oyunçuların yatanda da futboldan düşünməsini istəyir. Billiat bu detalları nəzərə almalıdır".

Qeyd edək ki, Dino Ndlovu qışda "Qarabağ"dan ayrılaraq Çinin "Hançjoy Qrintaun" klubuna transfer olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right