Messi: "Hər gün 2014-cü il dünya çempionatınının finalını düşünürəm"

Argentina millisinin və "Barselona"nın ulduzu Lionel Messi açıqlama verib. 

Newsport.az xəbər verir ki, Messi DÇ-2014-ün finalında Almaniyaya 0:1 hesabı ilə uduzduqları oyunu unutmadığını qeyd edib:

"Hər gün 2014-cü il dünya çempionatınının finalını düşünürəm. "O gün çempion olsaydıq, nələr baş verəcəkdi?" sualını hər gün özümə verirəm. Bizim üçün hər şey fərqli olacaqdı. Mən nə edəcəyimi heç düşünə bilmirəm. Qələbəni necə qeyd edəcəyimi təsəvvür edə bilmirəm. Qalib gəlməyə layiq idik, amma alınmadı".

Messi DÇ-2018-in onlar üçün son şans olduğunu vurğulayıb: "Ya bu il qazanacağıq, ya da heç vaxt. Bizim nəsil üçün son şans olacaq. Bunu çox istəyirik və turnirə ən yaxşı şəkildə hazırlaşacağıq".

Argentina mundialda D qrupunda Xorvatiya, İslandiya və Nigeriya ilə eyni qrupda mübarizə aparacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right